Galaxy S8 mişar ilə kəsildi! (Video)

Mişar ilə kəsilən Galaxy S8-in batareyası partladımı?
Bir neçə ay öncə Samsung-un Galaxy Note 7 modelinin partlama xəbərləri bütün dünyada böyük səs-küyə səbəb olmuşdu. İndi isə bir çoxlarını maraqlandıran əsas sual bu partlama hadisələrinin Galaxy S8-də də olub-olmayacağıdır. Galaxy S8 modeli hələ ki, istifadəçilərin əlinə keçməyib amma bu model artıq bir neçə testdə yoxlanılıb.


iPhone 7 Plus sürət testində Galaxy S8-i geridə qoydu!

Bir neçə gün öncə sürət və su testindən keçən Galaxy S8-i bu dəfə mişarla kəsdilər. Bu test ilə telefonun zərbə və istiliyə qarşı nə qədər dayanıqlı olması öyrənildi. Bəs nəticə nədir?


iPhone 7 Plus ilə Galaxy S8 bu dəfə su testində qarşılaşıb!

Aşağıda JerryRigEverything adlı YouTube kanalı tərəfindən hazırlanan Galaxy S8-in mişara qarşı dayanıqlılıq testini izləyib nəticəni görə bilərsiniz.