Galaxy S8 təqdimatına günlər yaxınlaşdıqca ortaya çıxan görüntülərdən də artıq cihaz haqqında ətraflı məlumat əldə olunur. İndiyə qədər xüsusiyyətlər, vizuallar kimi bir çox detayını gördüyümüz Galaxy S8 sonunda GeekBench-də də ortaya çıxdı.
Galaxy S8 ilə birlikdə nümayiş etdirilən Galaxy S8 Plus-ı gördüyümüz bu benchmark testində cihazın Qualcomm Snapdragon 835 və 4GB RAM-a sahib olduğu aydın olur. Yəni bəzi gözləmələrə görə Galaxy S8 4 GB RAM, Galaxy S8 Plus 6 GB RAM ilə gələ biləcəyi deyilərkən hər iki modeldə də 4GB RAMolacağını anlayırıq.
Yuxarıda görə biləcəyiniz kimi bu detallara sahib olan cihaz 1929 tək nüvəli, 6084 də çoxlu nüvəli performans hesabı aldığına görə Android 7.0 Nougat əməliyyat sisteminə sahib olduğu görülür.
Ümumi olaraq cihazın bütün aşkar olunmuş xüsusiyyətləri belədir:
5.7 düym və 6.2 düym QHD Super AMOLED Ekran
Qualcomm Snapdragon 835 / Octa-Core Samsung Exynos 9 8895 çipset
4GB RAM
64GB storage (+ MicroSD)
Android 7.0 Nougat
12MP Dual Pixel f / 1.7 Kamera
8MP f / 1.7 Ön Kamera
IP68 Sertifikatı
4G Volt, Wi-Fi 802.11ac, Bluetooth 4.2 LE, GPS, USB 2.0, NFC
3500mAh Batareya (+ QC 3.0 & Wireless Adapter)