HTC-nin təxminən 2 aydır gözlənilən sürətiylə hər kəsi təəccübləndirəcəyi deyilən yeni ağıllı telefonu Bolt nəhayət ki, tanıdıldı .
Daha əvvəl Evan Blass tərəfindən haqqında bəzi məlumatlar sızdırılan HTC Bolt yaz aylarında satışda olacaq.
Telefonun xüsusiyyətləri ilə tanış olaq .
HTC Bolt Snapdragon 810 prosessorla çalışacaq. 1.5 GHz və 1.2 GHz tezliklərdə çalışan Cortex A53 və Cortex A57 çipləri ilə təmin olunacaq HTC Bolt 3 GB RAM və 32 GB yaddaş sahəsi ilə istifadəçilərə təqdim edəcək. Telefonun ən əhəmiyyətli xüsusiyyəti şübhəsiz Android 7.0 ilə gəlməsi olacaq . Telefonun ekran ölçüsü 5.5 düym və ekranın dəqiqliyi isə 1440x2560 olacaq . Corning Gorilla Glass 5 ilə qorunan ekran 534 ppi piksel sıxlığını da istifadəçilərlə paylaşacaq.
Suya dayanıqlı olacaq !
16 MP və 8 MP kameraların da sahibi olacaq olan HTC Bolt fotoşəkil sevərleri 4K video qabiliyyətindən məhrum etməyəcək. Digər tərəfdən suya qarşı dayanıqlı quruluşuyla da göz oxşayan telefonun istifadəçilərə yaz aylarında təqdim edilməsi gözlənilir.
Bu arada, Apple-dan sonra HTC də 3.5 mm-lik qulaqlıq girişindən imtina edir. Onun yerinə USB-C girişi telefonda yer alır.