İstifadəçilərin ikinci əl əşyalarını qruplarda satmaq üçün 'Bazar Yeri' adında bir platforma quran Facebook birbaşa mənfəət əldə etməyəcəyi bu tətbiqi yaymağı hədəfləyir .
Facebookda hər ay 450 milyon istifadəçi platformdakı satış qruplarını ziyarət edir. Bundan istifadə etmək istəyən sosial şəbəkə saytı ikinci əl əşyalarla alver edilməsinə imkan verəcək Bazar Yeri (Marketplace) adlı xidməti istifadəyə verdi. Hazırda Facebook üzərindən ikinci əl malların alışı və satışı ilə məşğul olan kəslər məhsulları növünə görə açılmış qrup səhifələrindən əldə edə bilirlər. Facebook isə yeni tətbiqi ilə məhsulların yalnız dostlar siyahısından alına bilməsi kimi imkanları təqdim edir.
İlk əvvəl Avstraliya, İngiltərə, Yeni Zelandiya və ABŞ-da fəaliyyətə başlayıb sürətlə yayılması planlaşdırılan tətbiq ilə Facebook istifadəçilərin bir-birlərinə yaxın kəslərdən alver etməsini təmin edəcək. Yerli bazarlar meydana gətirməyi məqsəd qoyan Facebookun birbaşa gəliri olmayacaq tətbiqin 'istifadəçinin saytdan çıxmasına maneə törətmək' üçün yaradıldığı deyilir.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .