Dünyanın dörd bir yanındakı istifadəçiləri bir-birinə bağlayan nəhəng sosial şəbəkə Facebookun eyni zamanda istifadəçilərin çox əhəmiyyətli məlumatlarını də bir mənbədə topladığı hər kəsə məlumdur . Bu məlumatlar arasında internet üzərindəki aktivliyimizdən bəyəndiyimiz xəbərləri çeşidləməyə qədər funksiyalar mövcuddur. Hətta bu məlumatların bəzilərinin nələr olduğunu tapmağa kömək olan ProPublica-nın təqdim etdiyi bir What Facebook Thinks You Like adlı Chrome plugin belə var.
Bununla birlikdə Facebookun sizi qəbul etmə formasını öyrənmək istəyirsinizsə əslində bir Chrome əlavəsinə də ehtiyacınız yoxdur. Bütün etməniz lazım olan Facebookdakı Reklam Seçimləri səhifəsini ziyarət etməkdir. Bu səhifə bir mobil cihazda da əlçatan olsa da tam ekranlı bir PC üzərindən bunun daha çox komfortlu olduğunu əlavə edək.
Bu səhifəyə daxil olanda "Maraqlar" başlıqlı və müxtəlif kvadratlarla dolu bir bölüm görəcəksiniz. Hər bir kvadrat bir maraq sahəsini əks etdirir və Facebook sizin maraq sahələrinizi aralarında idman, xəbər, əyləncə, insan və texnologiya kimi başlıqların iştirak etdiyi müxtəlif kateqoriyalarla ayırır.
Etməniz lazım olan tək şey bu siyahıda gəzməkdir . Əgər bu əsnada oraya daxil olmaması lazım olan bir şey görürsünüzsə kadrın sağ üst küncündə çıxan "X" işarəsinə basın. Bu zaman məzmunla əlaqəli olaraq görə biləcəyiniz reklamlar dayandırılacaq və ya ən aza enəcək.
Facebookdan edilən şərhə görə sosial şəbəkə sizə uyğun reklam təqdim etmək üçün profil məlumatınız, aktivliyiniz , fəaliyyətləriniz və Facebook xaricində ziyarət etdiyiniz saytlar kimi mənbələrdən faydalanır.
"Maraqlar" hissəsiylə işiniz bitdiyi zaman onun aşağısında yerləşən "Advertisers" hissəsinə də nəzər yetirməlisiniz. Burada da hal-hazırda sizin bəzi məlumatlarınıza sahib olan Facebook reklamverənlərinə dair məlumatlar görəcəksiniz. Bu advertisers-in hər hansı birini aradan qaldırdığınız zaman Facebookda bu şirkət və ya firmadan reklam görməyinizi də dayandırmış olacaqsınız.
Edə biləcəyiniz digər şey isə qarşılaşdığınız reklamın üzərində sağ üst küncdə yer alan oxa klik edərək "Bunu niyə görürəm?"-i seçməkdir. Bundan sonra lazımlı məlumatlar vasitəsilə istədiyiniz tənzimləməni etmək əlinizdə olacaqdır .
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .