1 milyard 350 milyondan çox istifadəçisi olan Facebook daima yeniliklərlə istifadəçilərinin işini asanlaşdırmağı planlayır. Bu dəfə əsas diqqətini şəkil axtarışına yönəldən şirkət "şəkil axtarmaq" funksiyasına yeniləmə edib. Artıq şəkil axtararkən etiketi olmasa belə şəkildəki obyektlər haqqında qısa məlumat yazaraq şəkli tapmaq mümkün olacaqdır. Yeni axtarış özəlliyi Apple Photos və Google Photos-un işləmə məntiqinə bənzər işləyir. Obyekt tanıma ilə Facebook bütün şəkilləri öz obyektlərinə görə qruplaşdırır. Bunun sayəsində axtarış bölməsinə "pişik", "qara eynək", "yaşıl avtomobil" və s. yazdıqda şəklin adında, izahında, rəylərində və ya etiketində hər hansısa bir məlumat olmamasına baxmayaraq şəkli tapır.
Yeni sistem mükəmməl şəkildə işləməsə də, müvafiq obyektləri tanıyıb qruplaşdırmaq cəhəti ilə çox faydalı olacaq kimi görünür. Bu yenilik Amerikadan başlayaraq bütün dünyaya yayılacaq. Yeniləmə əgər sizə hələ gəlməyibsə səbrli olmaqda fayda var.