Facebook yeni özəlliyi ilə LinkedIn-ə rəqib olacaqdır. Belə ki, artıq Facebook-dan iş tapmaq mümkün olacaqdır.
Facebook uzun zamandır "iş axtarmaq platforması" quracağını bildirmişdi. Facebook Jobs adlanacaq bu proyekt nəhayət ki, bu gün həyata keçdi. LinkedIn-ə rəqib olmaq üçün hazırlanan bu proyekt sayəsində artıq Facebook-dan iş tapa biləcəksiniz.
Facebook Jobs-un köməyi ilə iş axtaranlar Facebook tətbiqi vasitəsilə şirkətlərin xüsusi iş sahələrinə müraciət edə biləcəkdir. Facebook isə bu müraciətləri Messenger vasitəsilə şirkətlərin baş hesabına yönləndirəcəkdir. Verilən məlumatlara görə Facebook səhifəsi olan firma istədiyi qədər pulsuz iş elanı verə biləcəkdir.
Facebook-un bu proyekt ilə LinkedIn-ə ağır zərbə vuracağı deyilir. Facebook-un sahib olduğu istifadəçi sayı və şirkətlərin rəsmi Facebook səhifələrinin olduğunu düşünərsək, bu deyilənin məntiqə uyğun olduğunu görərik.
Facebook Jobs özəlliyi hələki, ABŞ və Kanadada istifadəyə verilib. Təxminən 4-5 ay içərisində bu xidmət bütün ölkələrə yayılacaqdır.