Bu günə qədər Facebook-da bir çox qəribə yeniliklərin şahidi olmuşuq. Bu gün bu yeniliklərin siyahısına biri də əlavə olundu. Son açıqlamasında Delivery.com və Slice tətbiqləri ilə razılıq əldə etdiyini bildirən Facebook artıq yemək sifarişi işinə girir. Facebook-a əlavə olunacaq yeni özəllikdə yaxında olan və sifariş edə biləcəyiniz restoranların siyahısı yerləşdiriləcək.
Sifariş prosesi isə çox sadə olacaq. Siyahıda sevdiyiniz restoranı tapıb sifariş edəcəyiniz məhsulu seçirsiniz. Daha sonra hansı ödəmə üsulundan istifadə edəcəyinizi qeyd edib sifarişinizin qeyd edilən vaxtda ünvanınıza çatdırılmasını gözləyirsiniz.
Bu özəllik artıq aktiv edilib və bir çox insan yeniliyin necə işləməsi ilə tanış olub. Hələki özəlliyin çatışmayan cəhəti siyahıdakı restoranların sayının az olmasıdır. Amma şübhəsiz ki, tezliklə restoranlar adlarını bu siyahıya yazdırıb bu əskikliyi aradan qaldıracaq.