Canlı yayımın aşağısında yer alacaq hədiyyə butonu sayəsində istifadəçilər "hədiyyə et" dedikdən sonra bir ödəniş ekranı onları qarşılayacaq. Ardından kredit kartınızdan və ya bank kartınızdan istədiyiniz miqdarı daxil edərək təsdiq edə biləcəksiniz. Yeni hədiyyə sistemi ilə birlikdə Facebook üzərindən ciddi rəqəmlər əldə edilə biləcəyi düşünülür.
Facebookun hədiyyə sistemini yalnız bu səhifələrə gətirəcəyini eşidən facebook istifadəçiləri "nə var ki , məndə səhifəmi elə edərəm" məntiqi ilə hərəkət edə bilər və ya sıfırdan "qeyri-kommersiya təşkilatı" altında bir səhifə qura bilər. Lakin sistem elə işləmir. Eynilə verified əməliyyatında olduğu kimi təyin olunan və "uyğundur" ibarəsini Facebookdan ala bilən səhifələr bu butonu istifadə edə biləcək.