Keçən ayın ən çox müzakirə olunan məsələlərindən biri də məhz San Bernardinoda baş verən terror hadisəsi zamanı terroristin iPhone'nunun şifrəsinin sındırılması məsələsi oldu. FBI'ın Apple'a müraciətindən sonra baş verən söz-söhbətlər getdikcə böyüdü. Apple'dan müsbət cavab ala bilməyən FBI "ok, bunu özüm də edə bilərəm" deyərcəsinə kənara çəkildi və sözügedən model iPhone'un şifrəsini sındırmağı bacardı. Bir neçə həftə əvvəl yayılan bu məlumatdan sonra hər kəsin ağlında bir sual vardı: "FBI bunu necə bacardı?
Bu barədə FBI ilə birlikdə çalışan Cellebrite komandası Washington Post'a bu prosesin necə baş verdiyini danışıb. Verilən məlumata görə iPhone 5C'nin şifrəsi əməliyyat sistemində mövcud olan bir boşluq sayəsində sındırılıb. Bu boşluq vasitəsilə siz dəfələrlə yanlış şifrə yığsanızda telefonunuz gözləmə müddətinə düşmür və gözləmə müddəti artmır. Bu boşluğu ortaya çıxaran komanda sadəcə 10000 dəfə şifrə ehtimallarını yoxlamaqla cəmi 3 saat ərzində telefonun şifrəsini sındırmağı bacarıblar. Qeyd edək ki, telefona qoyulan kod 4 rəqəmli olduğu üçün 10000 yoxlamadan sonra doğru şifrəni əldə etmək olur.
Əgər FBI bu boşluqdan istifadə etməsəydi,bir neçə yoxlamadan sonra telefon kilidlənəcək və manual olaraq 3 saatdan az vaxta başa gələn sındırma prosesi mümkünsüz olacaqdı. FBI verdiyi açıqlamaya görə bu boşluq iOS 9 versiyası istifadə edən Apple telefonlarında mövcuddur.