Hələ ilk uçuşunun üzərindən bir neçə gün keçən bu nəhəng gəmi etdiyi test uçuşunda yerə çırpıldı .
İkinci test uçuşunda 20 dəqiqə boyunca havada qalan gəmi daha sonra texniki bir qəza səbəbiylə hündürlüyünü itirməyə başladı və sonunda burnunun üstünə yıxıldı. Təbii ki içərisi helium qazı ilə dolu olan bu nəqliyyat vasitəsi normal təyyarələr kimi sərt bir eniş etmədi. Zeplin faciələrində olduğu kimi hər hansı bir partlama da yaşanmadı. Düşdüyü yerdə kimsənin olmadığı Airlander 10 'un testlərinin qaldığı yerdən davam edəcəyi bildirilir . Istehsalı 33 milyon dollara başa gələn nəhəng hava gəmisinin gələcək on il içərisində satışa təqdim edilməsi gözlənilir.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .