Dünyadakı bütün rənglərə sahib olan ağıllı qələm: Cronzy!

Dünyadakı bütün rənglərə sahib olan, hər hansı bir səthdən rəng seçərək yaza bilən möhtəşəm qələm - Cronzy! Xüsusilə dizayner, rəssam, xəritə mühəndisi və s. kimi peşə sahələrində həm qələmin keyfiyyəti, həm də əllərindəki rəng çeşidləri çox əhəmiyyət daşıyır. Eyni zamanda fərqli sahələrdəki bir çox insanlar üçün maraqlı olacaq Cronzy adlı qələm həm ağıllı, həm də 16 milyon rəng variantıyla ən çox rəng palitrasına sahib qələm olaraq da rekord qırmış olur.


Android, iOS və hətta Windows Phone üçün tətbiqi olan Cronzy bu tətbiq üzərindən rəng seçə bilmənizə şərait yaratmasıyla yanaşı eyni zamanda yarpaq, meyvə, çanta, ayaqqabı və s. istənilən hər hansı bir şeyə qələmin arxasını toxunduraraq rəng seçə bilmənizə də imkan yaradır.


Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .