Kantar Worldpanel smartfonların satış nəticələri haqqında yeni hesabat tərtib edib. Bu hesabata görə Apple-ın iPhone 7 modeli İspaniya, Çin və Yaponiya istisna olmaqla digər ölkə bazarlarında yeni paylar əldə edir.
Apple-ın yanvar ayında açıqlanan 3 aylıq satış məlumatlarına görə keçən il ABŞ-da 2,9%-lik yeni bazar payı qazanan şirkət həm Android, həm də Windows Mobile-a nisbətən daha çox qazanc əldə etmişdi.
Apple üçün Avropa bazarında da işlər qaydasında gedir. Avropanın ilk 5 bazarında 2,4%-lik bir artım müşahidə olunub. Hesabatda iPhone 7-nin adı İngiltərə, Fransa və Almaniyada ən çox satılan mobil cihaz kimi qeyd olunur. Apple-ın payının azaldığı tək Avropa öləsi isə İspaniyadır.
Avstraliyada isə Apple-ın payı 42,4%-ə çatıb. Bu pay ABŞ-dakı iPhone satış faizlərindən daha yüksəkdir.
Çin hökümətinin yerli markalara dəstəyi Apple-ın bu bazardakı paylarına ciddi təsir edib. Elə ki, Çində Apple-ın payı 8,4%-ə düşüb.
Yaponiyada isə işlər demək olar ki, qaydasındadır. Bazardakı ümumi payda cüzi azalma olmağına baxmayaraq Yaponiyada Apple-ın payı 49,5%-dir.
Hesabata ümumi nəzər salsaq görərik ki. smartfon bazarında gəlirlərin böyük bir qismini Apple qazanıb. Çin markaları Huawei, Oppo, Vivo, Xiaomi və ZTE keçən il bu şirkətin qazanclarının 5,4 qatını qazandığı halda bu il həmin performansı göstərə bilməyiblər.