Drone taksilər 2017-ci ilin yay aylarında Dubayda fəaliyyətə başlayacaq!

Avtonom avtomobillərinin gələcəyi olaraq görülən drone-lar sərnişin səfərlərinə 2017-ci ilin yayında Dubayda başlayır.
Bugün Dubayda keçirilən World Government Summit tədbirində təqdim olununan avtonom drone-larla sərnişin daşımalarına, iyul ayında başlanılması gözlənilir.

Layihə üçün istifadə ediləcək Drone taksi Çin istehsalı EHang 184 modeli, tədbir müddəti ərzində iştirakçılara nümayiş etdirildi. İlk olaraq 2016-cı ildə keçirilən CES sərgisində qarşımıza çıxan EHang 184-ün test uçuşları ötən yay Las Vegas şəhərində olmuşdur. Tək nəfərlik bir vasitə olan EHang 184, 100 kq-a qədər daşıma həcminə malikdir.

Tədbirdə Dubay şəhərinin adından danışan Mattar al Tayer, EHang 184-ü Dubayda da test etdiklərini bildirdi. Batareyası tam dolu olduqda 50 km yol qətedəbilən Drone taksi saatta 160 km sürətə qədər hərəkət edə bilir. Şəhər içərisində təyin olunan 40-50 km-lik bir sahə üçün istifadə ediəcək olan EHang 184 əmr mərkəzindən idarə olunacaq.




Əgər uğurlu olarsa şəhər daxili nəqliyyat üçün ən məntiqli layihələrdən biri olacaq Drone taksi xüsusilə tıxac sıxıntısı yaşayan şəhərlər üçün möhtəşəm alternativ ola bilər. Son olaraq İsrailin Urban Aeronautics firması ötən ay hərbi istifadə üçün hazırlanan nəqliyyat drone-larının 2020 etibariylə istifadəsinə başlanılacağını açıqladı.