Daha keyfiyyətli şəkil çəkməyin 4 yolu

Telefonla daha keyfiyyətli şəkil çəkmək üçün bunlara əməl edin

İstənilən telefon kamerasından yaxşı nəticə əldə etmək üçün etməli olduğumuz bəzi əməliyyatlar var.

İndi demək olar ki, hər kəsin istifadə etdiyi smartfonlarda fotoşəkil çəkmək üçün kameralar var. Bu telefonlardan bəziləri yaxşı işıq bucağı altında keyfiyyətli şəkillər çəkdikləri halda, zəif işıq olduqda elə də keyfiyyətli şəkillər çəkə bilmirlər. Bundan əlavə telefonun qiyməti də buna təsir edir.

Digər tərəfdən son aylarda tez-tez qarşılaşmağa başladığımız cüt kameralı telefonlar daha keyfiyyətli şəkillər çəksələr də tək kameralı telefonlarla da keyfiyyətli şəkil çəkmək mümkündür. Dərinlik effektini təmin edən hər bir telefon kamerası olduqca keyfiyyətli fotoşəkillərin ortaya çıxmasına səbəb olur. Telefonla daha keyfiyyətli şəkil çəkmək üçün etməli olduğunuz bəzi əməliyyatları sizin üçün sıraladıq.

Şəkil çəkməzdən əvvəl kamera linzasın təmizləyin.

Necə ki, istifadə etdiyimiz eynəklərimiz buxarlandıqda və ya çirklənikdə yaxşı görmürük, eləcə də kamera linzaları da çirkləndikdə yaxşı çəkmirlər. Çoxları bunu unudur. Telefonlarımız hər yerdə yanımızda olduğu üçün kamera linzaları barmaq izi, kir və digər şeylərdən çirklənə bilir. Şəkil çəkdiyinizdə kamera linzasında ləkə olduğunu görməyə bilərsiniz ancaq bu xəbərdən sonra daha diqqətli olun. Siz də görəcəksiniz ki daha keyfiyyətli şəkil alınır.

Şəbəkə(Grid) funksiyasını aktivləşdirin.

 

Bu fotoqrafçılıq kursuna başlayanlara ilk öyrədilən dərslərdən biridir. Bu dərsə görə xeyali olaraq baxdığınızda görüntünü 9 yerə bölməyiniz tələb olunur. Bu asan görünsə də əsas üsullardan biridir.

İşıq dərəcəsini balanslaşdırmaq üçün telefonun arxa işığını aktivləşdirin.

"Fotoqrafçılıq, işığın peşəkarcasına istifadə olunmasıdır" ifadəsi tez-tez qeyd olunur. Qaranlıq və qarışıq işıqlar olan yerdə kameranın arxa işığını aktivləşdirmək daha keyfiyyətli şəkil çəkmək üçün vacib məsələlərdəndir.

Mini tripod(üçayaq) istifadə edin.

Foto çəkilişində titrəmənin qarşısını almaq üçün tripod(üçayaq) istifadə olunması tövsiyyə olunur. Bundan əlavə hansısa bir anı görüntüləmək istəyirsinizsə sizin yorulmağınızın qarşısını alacaqdır.