CES 2018-də ilə damğasını vuracaq texnologiyalar

Bir il ərzində qapalı qapılar arxasında hazırladıqları  məhsulları geniş ictimaiətə və mediyaya açıqlayacaq texnologiya nəhənglərinin  iştirakı ilə böyük bir mərhələ olan CES Sərgisi 2018-ci ildən etibarən yenidən qurulacaq. Bəs CES 2018-də nə gözləyirik? Birlikdə bir nəzər salaq ...

Şəxsi Kompüterlər

Bu il CES-də  Qualcomm dizüstü komputer üçün ilin favoriti  olacaq. Bu yaxınlarda təqdim etdiyi Snapdragon 845 prosessorunu dizüstü platformaya  gətirmək üçün gözlənilən Qualcomm CES 2018-də özünü ilk göstəricilərini Snapdragon 835 dizüstü modelləri ilə təqdim edəcək. Dekabr ayında Qualcomm-un təqdimatına yaxından baxdığımız Asus və HP yeni modelləri Snapdragon 835 prosessorları və  uzunmüddətli batareya ömrü ilə olduqca iddialı idi. Windows 10 əməliyyat sistemiylə gələcək olan HP Envy X2 və ASUS NovaGo bu il CES 2018-ci ildə ziyarətçilərə təqdim olunacaq 
         


Yeni Telefonlar

Bu ilin fevral ayında  smatfonlar üçün Mobil Dünya Konqresinin   keçirilməsini gözləyirik, lakin bəzi modelləri CES 2018-də də görəcəyik . Lakin Samsung Galaxy S9 
 sərgidə olmayacaq. Bu mövzu haqqında, yəni Galaxy S9-un CES 2018-də təqdim olunması ilə bağlı iddialar gündəmə gəlsə də  bunun yalan olduğu açıqlandı. Galaxy S9-un MWC 18  sərgisində təqdim ediləcəyi gözlənilir.

CES-2018-də çox da baha olmayan smartfonları görəcəyik. Digər tərəfdən Huawei markaları da Honor və ZTE yeni modellərini təqdim edəcək. Əlbəttə bəzi sürprizlər ola bilər.

CES 2018 yeni ilə möhürünü vuracaq texnologiyalar.

Geyilən Cihazlar
Geyilə bilən cihazlar dedikdə ağıla ilk gələn  məhsullar arasında yer alan  ağıllı saatlar  çox da  uğurlu olmadı. Lakin bu vəziyyəti dəyişdirmək istəyən marketoloqlar CES 2018-də yeni Android Wear cihazlarını qarşımıza çıxara bilərlər. Bununla birlikdə gündəlik  istifadə etdiyimiz  sağlamlıq və fitness məhsullarını da görə biləcəyik. Xüsusilə Withings , Nokia Health bu mövzuda geniş bir ekosistemə sahibdir. 2018-ci ildə digər şirkətlərin  də oxşar təşəbbüs göstərməsi gözlənilir.

TV və Ev Əyləncəsi

CES-də hər il yeni televiziya və ev əyləncələrini təqdim edən markalar bu il  də yeni modelləri təqdim etməyə hazırdır. HDR və digər yeni ekran texnologiyaları ilə təchiz edilmiş CES 2018-də smart televizorları, eləcə də yeni əyri xətt televizorlarını görəcəksiniz.

Bunlar arasında yeni LG TV-lərin "Süni Zəka" texnologiyasıyla gələcəyini görəcək, ayrıca Samsungdan da yeni NW700 Sound + soundbar modelini izləyə biləcəyik .

 

Oyun tərəfində nələr  olacaq?

CES  Xbox və Oculus Rift kimi makalara ev sahibliyi edəcək. Bu sərgidə Razerdən böyük  təqdimat gözlənilməsə də  bəzi  şirkətlərdən  "layihə" cihazlarını da görə bilərik.

CES 2018-ci ildə əsas olaraq VR, AR və hətta ikisinin birləşməsi olaraq tanıdılan MR, yəni Mixed Reality məhsul və texnologiyalarını görə bilərik. Qarışıq Gerçəklik olaraq da adlandıra biləcəyimiz bu yeni texnologiya altında Microsoft, HP, Lenovo, Samsung, Acer, Asus və Dellin işləri var. Digər tərəfdən HTC və Oculus-dan gələn örnəklər də maraqla gözlənilir .

Smart Home Platforması

Ağıllı evlər əlbəttə, 2018-ci ilə aid ən çox müzakirə  olunan mövzulardan biri olacaq Ölkəmizdə hələ də geniş istifadə edilməmiş olsa da, bu texnologiyanın xaricdə istifadəsi geniş yayılmışdır.

Google, Amazon və Apple LG-nin  CES 2018-də nümaiş etdirəcəyi və süni intelektə əsaslan TV -lər bu ilin ən çox müzakirə olunacaq ağıllı ev və süni zəka texnologiyası olacağı gözlənilir

CES 2018-də  yuxarıda qeyd etdiyimiz  başlıqlar altında olan texnologiyalar sərgilənəcək.Lakin digər texnoloji məhsulların da təqdim ediləcəyi şübhəsizdir.

Texnologiya.az olaraq yanvarın 9-u baş tutacaq CES 2018-də təqdim olunacaq məhsulları sizlərə təqdim edəcəyik.Bizi izləməyə davam edin