Seagate şirkətinin 2018-ci ildə satışa çıxaracağı bu sərt disk hər kəsin xəyallarındakı yaddaşa malik olacaq. Kompüterin yaddaş həcmi nə qədər böyük olursa olsun heç bir zaman bizə bəs etmir, hər zaman daha da çox yaddaşın olmasını istəyirik. İndiki dövrdə 4k video və çox böyük həcmə malik oyunlar,filmlər olduğu üçün yeni sərt disklərin olmasını tələb edir. Seagate şirkəti artıq bu problemə son qoymaq fikrindədir. Şirkət 2018-ci ildə 16 TB yaddaşa malik sərt diski satışa çıxaracağını açıqladı.
Bu da o deməkdir ki, artıq gələn illərdə bu sərt disklərin köməkliyi ilə 4k video və GTA V, Call of Duty:Infinite War tipli çox böyük həcmə malik oyunları asanlıqla yükləyə biləcəyik. Seagate şirkətinin hal-hazırda dünya bazarında 10 TB böyüklüyünə sahib sərt diski satışdadır.
16 TB sərt diskin nə qədər cazibədar olduğu açıq aydın görünsə də, qiymətinin də bir o qədər "baha" olacağı gələn xəbərlər arasındadır.