Electronic Art-ın əfsanəvi yarış oyunu olan Need For Speed bu dəfə daha iddialı gəlir. İllərdir sevə-sevə oynadığımız NFS oyunu daima yeniliklərlə oyun həvəskarlarını daha da özünə cəlb edir. Underground adıyla başladığı seriyaya Forza ilə davam edən oyun son zamanlar rəqiblərinə nisbətən geri də qalırdı. Özəlliklə Forza-nın PC platformasına gəlməsi ilə bağlı daha çox çalışmalı olan EA daha real xəritə və qrafiklər üzərində işlədiyini bildirib.
CEO Andrew Wilson oyunun əvvəlkilərə nisbətən daha yaxşı və daha real olacağını bildirib. Hələki rəsmi açıqlama olmasa da oyunun 2018-də çıxması gözlənilir.