Boston Dynamics-dən mətbəxinizi yığışdıran robot !

Boston Dynamics-in evinizdə gəzə biləcək qədər kiçilən robotu həm heyranedici, həm də bir az qorxuducudur ! Boston Dynamics-in yeni dörd ayaqlı robotu, özünə evinizdə yer edəcək kimi görünür. Yeni SpotMini firmanın Bigdog seriyasından olan robot heyvanlarının kiçik ölçülü bir modelidir. Təxminən 25 kq ağırlığında olan robot it 60 santimetr uzunluğundadır. Böyük modellərinin əksinə hidravlikdən istifadə etməyən robot tamamilə elektriklə işləyir və deyilənlərə görə Boston Dynamics-in indiyə qədərki ən səssiz robotudur. Naviqasiya və yol göstərən sensor xüsusiyyətlərinə sahib robot bir dəfə şarj olunduqda 90 dəqiqə gəzib, qaça bilir. Müəyyən bir nöqtəyə qədər avtomatik çalışan və bəzi ev işlərini yerinə yetirə bilən robot bəzi işlər üçün insanların köməyinə ehtiyac duyur. Robotun ən maraqlı xüsusiyyəti isə baş funksiyasını də yerinə yetirə bilən qoludur. BD-nin BigDog-una əlavə olan və kərpicləri qaldırmağa yarayan qolu yəqinki xatırlayırsınız. SpotMini-dəki qol da oxşar şəkildə çalışır, ancaq, kərpiclər yerinə su stəkanını yerindən qaldırıb qabyuyan maşınına qoya, zibilləri zibil qutusuna ata bilir və ya yıxıldığında özünü ayağa qaldıra bilir. Hələ prototip mərhələsində olan SpotMini bazara çıxana qədər bir neçə nəsili geridə buraxmalı olacaq. Bu reallaşdıqda isə evinizdə növbəti heyvanınızın istifadəsinə verəcəyiniz elektrik ştepselinə ehtiyac duya bilərsiniz. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .