Kriptovalyuta ekosisteminin lokomotivi Bitcoin ötən gün son 40 günün ən yüksək səviyyəsinə çatdı. Bitcoin son bir həftədəki sabit yüksəliş ilə 9 000 $-dan çox dəyər qazandı.
Aprel ayının əvvəıində 6 400 $ dəyər ilə ilin ən aşağı səviyyəsinə enən Bitcoin bu səviyyədə yatırım dəstəyi ilə yuxarı istiqamətdə hərəkətə başladı. Bitcoin aprel ayının əvvəlindən bəri bu yüksəliş ilə 30 % dəyər qanazdı.
Bitcoin-in qiymət qrafiki
Bu yükəlişin ən əsas səbəbi ABŞ-dakı vergi mövsümünün başa çatmasıdır. Bitcoin-in builki rekord qiymətə çatması üçün bu ilin yanvar ayında müşahidə olunan 12 000 $ qiymətini keçməlidir.
Kriptovalyuta sisteminin ümumi bazar dəyərinin həcmi mart ayında 200-300 milyard dollar arasında dəyişib. Aprel ayının əvvəllərindən başlayan yüksəliş ilə bu dəyər 400 milyard $-ı keçdi.
Digər kriptovalyutalar da Bitcoin-in bu yüksəliş tendensiyasına qoşulublar. Belə ki, Ethereum 400 $-dan aşağı səviyyədən 600 $-ın üstünə çıxdı.
Ethereum-un qiymət qrafiki
Bitcoin-cash isə gələn ayın 15-də öz blok həcmini 8 MB-dan 32 MB-a qədər qaldırmaq və əvvəllər passiv vəziyyətdə olan bəzi əməliyyat kodlarını aktivləşdirmə ilə baş verəcək çəngəllənmə prosesinədən əvvəl dəyərini iki qat artıraraq 1500 $ səviyyələrinə çatdı.
Bitcoin-cash-in qiymət qrafiki