Artırılmış reallığa fokuslanan yeni iOS 12 konsepti [VİDEO]

Maraqla gözlənilən iOS 12 və təqdimat tarixi

Paylaşılan yeni iOS 12 konsepti əməliyyat sistemində olması istənilən xüsusiyyətləri özündə birləşdirib.

Michael Calcada adlı dizayner tərəfindən ərsəyə gətirilən konsept artırılmış reallıq texnologiyası əlavə olunacaq Siri xüsusiyyətinə sahib olacaq, bu isə istifadəçilərə daha yaxşı təcrübələr yaşadacaq.

Manual parametrlərin yer aldığı yeni kamera və yenilənə musiqi tətbiqləri iOS 12-də diqqəti cəlb edən məqamlardandır.

Uzun müddətdir gözlənilən qaranlıq rejim xüsusiyyətinin gəlməsi də ehtimal edilir. Digər yenilik isə FaceTime-a qrup zəngi xüsusiyyətinin gəlməsidir.

iPhone X istifadəçiləri üçün həmişə açıq qala bilən ekran xüsusiyyətindən də bəhs edilir. iPhone X-in OLED ekranlı olması enerjiyə qənaətə imkan yaradır. Beləcə, ekran həmişə açıq qalsa da, çox az enerji istifadə ediləcək.

iOS 12-nin təqdimat tarixi

Maraqla gözlənilən iOS 12 4 iyun tarixində Kaliforniyada keçiriləcək Apple Worldwide Developers Konfransında tanıdılacaq