Android 7.1.2 yeniləməsi istifadəçilərə təqdim edilib!

Ancaq bu modellərə yeniləmə göndərilməyəcək...
Android 7.1.2 yeniləməsinin ikinci beta versiyasından bir neçə həftə sonra yekun versiyasa istifadəyə verildi. Deyilənlərə görə bu yeniləməni hal-hazırda yalnız Nexus Player və Pixel C modelləri dəstəkləyir amma yaxın zamanda digər modellər üçün də yeniləmə göndəriləcəkdir.




Android 7.1.2 yeniləməsi çox böyük bir yeniləmə deyil və yeni özəlliklər vəd etmir. Yeni gələn özəlliklər isə istifadəçilərin əməliyyat sistemindəki səhvləri özlərinin düzəltməsi və kiçik inkişaf etdirmə imkanıdır. Sonda qeyd edək ki, Motorola Nexus 6 və HTC Nexus 9 modelləri bu yeniləməni almayacaq.