Səbəb isə şirkətə məxsus olan WhatsApp messencerinin istifadəçi məlumatlarını yığıb onları yaymasıdır. 2016-cı ilin Avqust ayında istifadəçilər ilk dəfə aşkar etdilər ki, tətbiq avtomatik olaraq istifadəçinin Facebook hesabı ilə sinxronlaşdırılırdı. Beləliklə istifadəçinin telefon nömrəsi, adı, soyadı, doğum tarixi və s. kimi məlumatlarına keçid əldə olunurdu. Mütəxəssislərin fikrincə sözügedən sxem ilə Facebook-dakı hər hansı istifadəçinin dostları haqqında məlumatlar götürülür. WhatsApp istifadəçilərdən öz məlumatlarını Facebook ilə bölüşməyi istəyib-istəmədiklərini soruşmur.
İstifadəçilər İstehlakçı Təşkilatlarının Federasiyasına müraciət ediblər. Beləliklə federasiya adından məhkəmə iddiası açılıb. Federasiya WhatsApp-a istifadəçi məlumatlarının Facebook ilə əlaqələndirməsi prosesinin ləğv edilməsi niyyətindədir. Bundan əlavə təşkilat təmsilçiləri tələb edirlər ki, indiyənə kimi əldə olunmuş məlumatlar pozulmalı və bundan sonra istifadəçi razılığı olmadan bu cür proses həyata keçirilməməlidir. WhatsApp-da isə qeyd ediblər ki, şəxsi məlumatların bu üsulla əldə olunması istifadəçi razılaşmasına daxildir. Şirkət rəsmiləri qeyd ediblər ki, məxfilik siyasəti və tətbiqdən istifadəçi şərtləri Avropa Birliyi tərəfindən təyin olunmuş qayda və normalara uyğundur.