Alimlər maddənin 5-ci halını yaratdılar!

MIT fizikaçıları qatı maddələrin xüsusiyyətlərini super axıcı maddələrin xüsusiyyətləri ilə qarışdıraraq yeni bir maddə forması yaratdılar.Başında Nobel mükafatçısı fizik Wolfgang Ketterle -nin olduğu MİT-lə bir qrup, maddənin 5-ci halını yaratmağı bacardı. Kəşf elm dünyasında çox böyük səs gətirdi.

Qrup, Bose-Einstein kondensantı olaraq bilinən super-axıcı bir maddəni lazer texnologiyasından istifadə edərək manipulyasiya etdi və maddəni qatı maddələrin xüsusiyyətlərinə keçirməyi bacardı. Maddə artıq həm qatı obyektlər kimi sərt, həm də super axıcı obyektlər kimi axıcılığa malikdir. Bu da yeni bir "forma" mənasını verir. Maddənin əldə etdiyi bu forma super keçirici maqnit və sənayə məhsulların inkişaf etdirilməsində qabaqcıl rol oynayacaq

Layihənin qrup liderliyində Nobel mükafatçısı olan Wolfgang Ketterle oturur. Ketterle "Super axıcılıq və sağlamlığı bir araya gətirən maddəni yaratmaq həyəcan verici. Sadə bir nümunə vermək istəyirəm: Qəhvə super axıcı isə və ona şəkər atıb qarışdırmağı sınasanız, qəhvə sonsuza qədər dönməyə davam edəcək." ifadələrini istifadə edir. Bütün tapıntılar bir neçə gün içində Nature jurnalında nəşr olunacaq.


Həmin araşdırma üçün istifadə edilən cihaz.

Araşdırma qrupu helium atomlarını qatı bir helium kristalında hərəkət etdirmişdilər və bunu bənzər bir hərəkətlə super-axıcı və qatı bir maddə arasında da etməyin mümkünlüyünü fikirləşdilər və söz mövzusu təcrübəyə başladılar. Nəzəriyyədə hər şey mümkündü amma praktik başqa bir problem idi. Ancaq elm insanları bu problemlərin öhdəsindən gəlməyi bacardı.

Qrup nanokelvin temperaturda natrium-u soyutmaq üçün lazer və buxarlaşmalı soyutma üsullarının bir kombinasiyasını istifadə etdi. Maddə az qala mütləq sıfıra qədər soyudulduğunda silindirlər Bose-Einstein kondensant və ya BEC olaraq adlandırılan qaza həm süper-axıcı, həm də qatı maddə xüsusiyyətini qazandırır.




BEC quruluşu Alman fizikaçı Wolfgang Ketterle tərəfindən kəşf edilmiş və bu tapıntı məşhur elm insanına 2001 Nobel Fizika mükafatı qazandırmışdı.

MİT-in parlaq beyinlərindən biri Junru Li, "Ən çətini sıxlıq keçişini müşahidə etmək idi. Super-qatı və super-axıcı maddələr üçün hazırlanan plan nəzəriyyədə sadə görünür. Ancaq lazer şüalarını doğru istiqamətdə tutmaq, sırasını müşahidə etmək üçün hər şeyi sabit tutmaq böyük bir çətinlik gərəktirir, çünki hər hansı bir kiçik səhv bütün işləri korlaya bilər." ifadələrindən istifadə etdi.