Hər kəsin uzaq durmağa çalışdığı Flash təhlükəli olmaqda davam edir. Adobe Flashda tapılan sıfır gün açığı səbəbi ilə milyonlarla istifadəçi uzaqdan idarə edilə bilər!
Adobe Flash artıq əvvəlki populyarlığını itirir. HTML5'in yüksəlişiylə öz yerini itirən Adobe Flash təhlükəsizlik açıqlarıyla mübarizə aparır.
Ötən günlərdə kəşf edilən kritik sıfır gün açığı səbəbiylə Flash istifadəçiləri böyük risk altındadır.
Mart, aprel və may ayından sonra iyun ayındakı bu açıqla birlikdə 4 ayda 4 kritik təhlükəsizlik açığı ortaya çıxan Flash üçün ciddi problemlərin yarandığı görünür.
Tapılan açıq vasitəsilə pis niyyətli xakerlər kompüterinizi uzaqdan idarə edə, hətta kompüterinizin aparat təminatına zərər verə bilər.
Açıq daha yeni olduğu üçün hələ bütün əməliyyat sistemlərində test edilməyib, yəni sizin istifadə etdiyiniz əməliyyat sisteminə ola bilsin ki təsir etməsin.
Həmçinin, sıfır gün açığı kateqoriyasında olan açıq hələ tam yayılmadığı üçün bu açıqdan təsirlənmə şansınız çox aşağıdır, lakin, Adobe açığı bağlayacaq yenilənməni gecikdirərsə təhlükə siqnalları sizin üçün də çalmağa başlayacaq.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .