16-18 may tarixlərində Çexiyanın paytaxtı Praqada keçirilən Engage Prague 2018 konfransında xüsusilə yayım qurumlarını maraqlandıran bir seminar keçirildi. Seminarda sosial mediya analitika şirkəti Socialbakers-in Qlobal Satış Departamentinin direktoru Danielly Netto çıxış etmişdir.
Sosial şəbəkələrdə canlı yayım videoların yaxın gələcəkdə artımına diqqət yetirilən seminarda bu xüsusiyyətin xüsusilə Facebook-da getdikcə populyarlıq qazanması da qeyd olunub. Hal-hazırda 20% marka canlı videolardan istifadə edir. Lakin 2020-ci ildə canlı yayımların internet trafikinin 80%-ni əhatə etməsi gözlənilir.
Digər tərəfdən Facebook-da hər gün 100 milyon saatdan çox video izləndiyini vurğulayan Netto bu məzmun növünün mətn və şəkillərdən 1200% daha çox paylaşım qazandığını da bildirib.
Facebookda canlı yayımla barədə bəzi statistikalar
Millenium nəsli ən çox video istehlak edən bir nəsildir. Bundan başqa yeni nəslin insanları üçün videoları istinad olaraq istifadə etmək də həyatlarının bir parçasına çevrilib. Belə ki, hər 5 nəfərdən 4-ü bir məhsulu almamışdan əvvəl həmin məhsul barədə videolar izləyir.
Hal-hazırda Facebook-da ən yaxşı performansa sahib məzmun növü videolardır. Videoların ardınca isə bu siyahıda status yeniləmələri, şəkillər və link paylaşımları gəlir.
Sosial şəbəkədə canlı videolara üstünlük verilməsində yüksək qarşılıqlı əlaqənin də əhəmiyyətli rolu var. Canlı videolar digər video növlərinə nisbətən 6 dəfə çox şərh və əlaqə imkanı qazanır. Bu məzmun növünün yaxın zamanda məzmun dünyasının “nefti”nə çevrildiyi bir şəraitdə qazanan yenə də Facebook olur.
Dünya miqyasında mediya kanalları və markalar canlı yayımları sürətli şəkildə öz məzmun paylaşımı strategiyalarının bir parçasına çevirirlər. Ölkəmizdə isə bu mənada vəziyyət ortalamadan da aşağıdadır