Amerika Birləşmiş Ştatlarında keçən ayın son nəticələrinə görə 2016-cı ilin ən çox satılan 10 oyunu açıqlanıb. Beləki, sıranın 1-ci pilləsində Resident Evil 7: Biohazard oyunudur. Lakin artıq oyun dünyasına çoxdandır giriş edən GTA V hələ də sıranın ilk üçlüyündədir.
Resident Evil 7 oyunu 24 dekabr tarixində satışa çıxarılmasına baxmayaraq, çıxdığı ilk gündən milyonlarla satılmağa başlayıb. Araşdırmalara görə, Resident Evil seriyasının yaradıcısı Capcom-un 2009 ilində satışa çıxardığı Resident Evil 5-dən bəri ilk dəfədirki bu sıraya başçılıq edir. Növbəti yeni bir xəbərdə GTA V ilə əlaqədərdir. Bildiyiniz kimi fenomen oyun 2013-cü ildə yaradılıb və satışa çıxarılmasından bu yana hələ də ən çox satanlar siyahısında özünə yer tapmağa davam edir. Sıranın 3-cü pilləsində yer alan oyun yaxın zamanlarda ən çox danışılan Battlefield 1 oyununu belə geridə qoyub.
2016-cı ilin ən çox satılan 10 oyunu belədir:
1. Resident Evil 7: Biohazard
2. Call of Duty: Infinite Warfare
3. Grand Theft Auto V
4. Battlefield 1
5. NBA 2K17
6. Kingdom Hearts HD 2.8 Final Chapter
7. Madden NFL 17
8. Watch Dogs 2
9. Overwatch^
10. FIFA 17