2016-cı ildə ən çox smartfon satan markalar!

Hər il olduğu kimi bu il də geridə qalan ilin ən çox satış edən markalarının adı açıqlanıb.
Siyahıda ilk sırada Samsung-dur. 2016-cı ilin son günləri Samsung üçün çox ağır günlər olsa da belə görünür ki, bu çətinlik şirkətin satışlarına çox da təsir etməyib. Samsung 2016-cı ildə 308,5 milyon ədəd smartfon satıb və bu sahədəki liderliyini qoruyub.

Siyahının ikinci sırasında gözlənilən kimi Apple yer alıb. Lakin bu iki markanın satışları arasındakı fərq çox böyükdür. Apple 2016-cı ildə 215,5 milyon ədəd smartfon satıb. Əslində bu fərqin böyük olmağı normal qarşılanmalıdır, çünki Samsung-un Apple-a nisbətən satışda daha çox modeli var.




Əlavə olaraq qeyd edək ki, Apple yüksək qiymət və qazanc faizinin yüksək olması sayəsində "Dünya smartfon bazarında" 80 faizlik paya sahibdir. Ötən il həyata keçirilən satışlar ümumilikdə 53,7 milyard dollar olmuşdur. Samsung Mobile isə 8,3 milyard dollarlıq satış etmişdir və bazarda 14,6 faizlik paya sahibdir. Note 7-lərin yaranan problem səbəbi ilə geri çağırılması da bu rəqəmlərə təsir etmişdir.

Siyahının üçüncü sırasında isə Huawei var. Çinli mobil telefon istehsalçısı olan şirkət ötən il 150 milyon ədəd smartfon satmağı bacarıb.