Mobil Dünya Konqresində özünə ön sıralarda yer tutan Meizu yeni şarj texnologiyası Meizu Super mCharge-ı "texnologiya dünyasna" təqdim etdi. Meizu Super mCharge sahib olduğu özəlliklər ilə hal-hazırda ən sürətli şarj texnologiyasıdır. Meizu-nun təqdimatına görə bu texnologiya 3000 mAh tutumlu batareyanı 0%-dən 100%-ə 20 dəqiqə ərzində şarj edir.
Qualcomm-un Quick Charge 3.0 texnologiyasından da sürətli olan Meizu Super mCharge maksimum 55W enerji sərfiyyatı ilə şarj prosesini həyata keçirir. Bu texnologiya 800 şarj prosesindən sonra batareyada sadəcə 20%-lik bir itki yaradır ki, bu da rəqiblərinə görə daha az itki deməkdir.
20 dəqiqəyə tam şarj edən Super mCharge texnologiyası!
![](/imageDisplayer/image?photoName=a2a77a6c-5b7d-453e-bd0a-0a0421af2f7d.jpg&dir=home)