2 həftədə 1 milyon dəfə endirilən tətbiqin Android versiyası çıxdı!

Android istifadəçiləri nəhayət ki iOS-un məşhur tətbiqi FaceApp-ı istifadə edə biləcəklər. Belə ki, Google Play-ə yüklənən tətbiqə marağın yüksək olması gözlənilir. Tətbiqin Mashable-a verdiyi müsahibədə tətbiqin 2 həftədə 1 milyon iPhone istifadəçisinə çatdığını bildirmişdi. Tətbiq 6 ayrı bölgədə ödənişsiz tətbiqlər siyahısında 1-ci olub. Əlavə olaraq tətbiqdə ilk zamanlar reklam olmayacaq. Çünki serverlərin reklamın yaradacağı əlavə yükü daşıya biləcəyi hələ test edilməyib. Filter-i Snapchat-dən çox fərqli bir xüsusiyyətə sahib FaceApp insan üzünün parçalarına fokuslanıb. Üzlərə müxtəlif quruluşlar vərə bilən bu tətbiq ilə bağlı bir ağıza diş qoya bilməklə yanaşı özünüzü asan bir şəkildə qocalda bilərsiniz. Adını demək istəməyən bir rus developerə görə bu tətbiq süni sinir şəbəkələrini maşın dili öyrənməsi metodu ilə əlaqələndirir və ortaya belə möhtəşəm görüntülər çıxır. Uzaqdakı serverlər məlumatları emal edərkən tətbiq şəkilləri gerçək edən kiçik modifikasiyalar edir.