Çinli bir startUp olan WPG qrafen texnologiyası ilə yeni bir powerbank istehsal etdi. 10 dəqiqədə 5000 mAh enerji toplayan cihazın istehsalı üçün crowfounding üsulu ilə pul toplanılır. Huawei-in Watt laboratoriyaları ilə rəsmiləşdirdiyi qrafen əsaslı mobil cihazın batareya sınaqları hərkəsin diqqətini cəlb etmişdi. İstifadəçilər firmanın uzun müddət dözümlü batareyalarını gözləyərkən yeni bir firma olan WPG yenə qrafen texnologiyası ilə hazırlanmış powerbank-ı bazara çıxartmağa hazırlaşır.
Kiçik bir startUp olan WPG-nin icad etdiyi powerbank-ları ticariləşdirmək üçün sərmayəyə ehtiyacı var idi.Jindong-da crowdfounding üçün siyahıya qoyduqları məhsullar üçün təyin hədəf 100.000 yuan idi. Ancaq bu sürətlə reallaşdı, hətta 100.000-i keçdi. 216.810 yuan toplayan firmaya dəstəklər qarşıdaki 11 gün ərzində davam edəcək.
Powerbank-ın 10 dəqiqədə 5000 mAh şarj etmə xüsusiyyəti istifadəçilərdə böyük maraq oyatdığından onlar bu qədər çox dəstək toplaya bildilər. İnkişaf etdirdikləri powerbank-ın 1000mAh həcmli bir versiyası və 12V/5A sürətli şarj xüsusiyyətinə sahib bir versiyası da mövcuddur. 5V/3A, 9V/2A və 12V/1.5A kimi versiyaları da olan cihazın verdiyi maksimum güc 18W-dur. Bütün bu xüsusiyyətləri ilə yanaşı həddindən artıq istiləşmə problemini də aradan qaldıran qrafen texnologiyası həqiqətən də böyük üstünlük təşkil edir.
WPG Graphene mobil powerbank;gümüşü, qara, qızılı və çəhrayı rəng seçimləri olaraq istifadəçilərə təqdim olunacaq. Crowdfounding-in sonlanmasından etibarən məhsulun tam qiymətinin açıqlanması gözlənilir.