Bildiyimiz kimi yaxın zamanlarda ekran altına yerləşdirilən barmaq izi texnologiyasını VİVO öz Xplay 7 modelində təqdim etmişdi. İndi isə VİVO yeni model telefonunda 10 GB Ram istifadə edəcək.
Belə ki, VİVO-nun yeni modeli olacaq Xplay 7 modeli barədə hazırlanacaq təqdimat WEİBO da ortaya çıxdı və bu da təqdimatın əvvəlcədən göstərilməsinə səbəb oldu. Bu modelə də VİVO X20 Plus UD modeli kimi ekran altı barmaq izi texnologiyası yerləşdiriləcək. VİVO Xplay 7 modelində 10 GB Ram-dan istifadə ediləcək ki, bu da dünyada ilk yenilik olacaq.
VİVO Xplay 7 modeli Snapdragon 845 prosessoru ilə təqdim ediləcək. Yaddaşı isə 256 və ya 512 GB olacaq. Telefon ekran və gövdə nisbətində 92.9 dərəcəsinə malik olacaq. Yəni ümumi götürdükdə ön hissədə ekran və çərçivə nisbəti çox az olacaq. Bu da telefonun daha gözəl görünüşlü olmasına şərait yaradacaq. Həmçinin bu modelin ekranı 4K olacaq.
Cihazın nə vaxt təqdim ediləcəyi barədə hələki dəqiq məlumat yoxdu, amma cihazın digər markalara nisbətən çox yaxşı xüsusiyyətlərə malik olaraq gələcəyi gözlənilir.