1 milyon Google hesabı təhlükədədir !

Gooligan adı verilən Android əsaslı bir zərərli proqram təminatının1 milyon cihaz və Google hesabını təhlükəyə atdığı ortaya çıxdı. Bəs bu zərərli proqram hansı cihazlara təsir edir? Təəssüf ki, Android mobil əməliyyat sistemi yenə bir zərərli proqramın pəncəsinə düşmüş vəziyyətdədir. Hətta bu dəfə tam bir Android əsaslı zərərli proqram təminatının . Həm Android cihazlar, həm də Google hesabları təhlükədədir! Təhlükəsizlik şirkəti Check Point tərəfindən təqdim edilən yeni bir hesabata görə Gooligan adı qoyulan bir zərərli proqram təminatı 1 milyondan çox Android cihazda var. İlk olaraq Avqust ayında ortaya çıxdığı ifadə edilən zərərli proqramın cihazlara əlavə tətbiq quraşdırdığı və gündə 13 min cihazı təsir altına aldığı ifadə edilir. Zərərli proqram təminatı google hesablarına təsir edir və bunun bu günə qədərki ən böyük Google hesabı pozuntusu olduğu təxmin edilir .


Xüsusilə bazarın yüzdə 74-dəki Android 4.0 (Jelly Bean, Kit Kat) və Android 5.0 (Lollipop) cihazlara təsir göstərən zərərli proqramın görünüşcə zərərsiz hesab etdiyimiz 86 tətbiqin üzərindən yayıldığı bildirilir. Gooligan-dan təsirlənən cihazların yüzdə 57-in Asiyada, yüzdə 9-un isə Avropada yer aldığını da qeyd edək. Linux nüvəsindəki bilinən iki açıqdan istifadə edən zərərli proqram pis niyyətli tətbiqin qurulmasından dərhal sonra cihazın idarəsini ələ keçirir. Daha sonra isə cihazın istifadəçisinin Gmail, Drive, Photos kimi Google hesablarına girişi ələ keçirir. Digər tərəfdən Google zərərli proqram təminatının fərdi e-poçt və ya fayllara girişi təmin edə bilmədiyini söyləyir. Android Təhlükəsizlik qrupunun da zərərli proqram təminatından təsirlənən hesabları filtrlədiyini və zərərli proqramın hər hansı bir məlumatı ələ keçirə bilmədiyi bildirilir. Zərərli proqram təminatının digər bir pisliyi isə zərərli olmasa da Google Play Store-dan tətbiqlər yükləyib qurması və hər bir tətbiqi 5 ulduz ilə qiymətləndirməsidir .


Gooligan 2013 və 2014 illərdə təsbit edilmiş iki təhlükəsizlik açığı ilə cihazların ələ keçirilməsini təmin edir. Yəni keçən il təqdim edilmiş hər hansı bir Android versiyasına sahibsinizsə bu sizin üçün təhlükəli deyil. Bir çox cihaz üçün yeniləmənin təqdim edilməməsi isə bu cihazlar üçün riski davam etdirir. Telefonunuzun Gooligan-dan hər hansı təsirə məruz qalıb qalmadığını öyrənmək üçünsə Check Point tərəfindən hazırlanan xüsusi proqramı bu ünvandan yükləyə bilərsiniz.