Bu baxımdan özünə xas sadə bir font yaradan Samsung fontun adını SamsungOne olaraq bildirdi. Fontun devizi olaraq "humanist, özünə xas, qlobal, mütəxəssis və oxunaqlı" ifadə edən Samsung eyni zamanda 400 dili dəstəkləyən 25 000 simvola sahib bir font yaratdığını da xüsusi vurğuladı.
İlk başda reklam və marka təqdimatlarında istifadə ediləcək olan SamsungOne-ın Galaxy Note7-də də font olaraq istifadə edilmə ehtimalının olduğunu bildirək. SamsungOne-ın yaradılmasında əsas rol oynayan tipoqraf Neville Brody-in izahatı ilə SamsungOne şriftinin necə dizayn edildiyini aşağıdakı videodan izləyə bilərsiniz. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .