Qu Techno Club gəncləri BomBox 360 virtual reallıq cihazı ilə tanış etdi .

Qafqaz universitetinin nəznində fəaliyyət göstərən Qu Techno Club (Qafqaz Universiteti Texnologiya Klubu) gənclərin texnoloji yeniliklərə marağını nəzərə alaraq bugün üzvlərini BomBox 360 virtual reallıq cihazı ilə tanış etdi . BomBox 360 gənclər tərəfindən böyük maraqla qarşılandı .Qu Techno Club tərəfindən Noyabr ayının ortalarında keçiriləcək seminarda ən yeni virtual reallıq cihazlarının təqdimatı olacaq . Gənclərin BomBox 360 ilə bugünki tanışlığına olan marağı nəzərə alaraq deyə bilərik ki , növbəti seminarın tamaşaçı kütləsi və yeni virtual reallıq cihazlarına maraq olduqca böyük olacaq . Bugünki təqdimatdan olan şəkilləri sizlərə təqdim edirik :