"Microsoft"-un hazırladığı yeni Florence layihəsinin köməyi ilə bitkilərinizə bir şeylər söyləyib, eləcə də onlardan cavab ala biləcəksiniz.
Bitkilərin böyüməsi və inkişaf etməsi üçün onlara yaxşı davranmağımız lazım olduğunu, onlarla danışmaq lazım olduğunu, hətta onlara musiqi dinlətmək lazım olduğunu daim eşidirik. Həm bu metodu praktika edənlərin təcrübəsi, həm də bununla bağlı edilən araşdırmalar bitkilərlə ünsiyyət qurmağın həqiqətən faydalı olacağını göstərir. Ancaq artıq bitkilərlə aramızda yalnız tək tərəfli ünsiyyət olmayacaq.
Bitkilərlə ünsiyyət qurmaqla bağlı layihələrdən ən əhəmiyyətlisi "Microsoft"-da reallaşır. "Microsoft"-da araşdırmaçı vəzifəsində çalışan Helene Steiner-in hazırladığı Florence adlı layihə sayəsində artıq bitkilərimizə mesajlar göndərərək onlardan cavab ala biləciyik. Bir kompüter proqramı vasitəsiylə ünsiyyəti yönəldəcəyimiz bu layihə olduqca maraq doğuracaq kimi görünür.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .