Həyatınızı asanlaşdıracaq 10 texnoloji ipucu

Bu yazıda həyatınızı asanlaşdıracaq , telefon və ya kompyuter istifadə edərkən həyatınızı asanalaşdıracaq 10 texnoloji bilgini öyrənə biləcəksiniz.

1. Telefonunuz təyyarə rejimində olarkən batareyanı enerjiyə qoysanız daha sürətlə enerji yığacaq. 2.Telefon enerji yığarkən ondan istifadə etmək telefona zərər verir. Bu səbəbdən də telefon adapterləri əksərən qısa olur. 3. Microsoft Word tapa bilmədikdə Open Office proqramından istifadə etmək sizin üçün ən ideal variantdır və tamamilə pulsuzdur. 4.Telefonunuzda enerji azdırsa və

söndürmək lazımdırsa, bunun əvəzinə telefonu təyyarə rejiminə qoya bilərsiniz. Telefonu söndürmək və yenidən açmaq daha çox batareya sərfinə səbəb olacaq. 5.Telefonunuzun arxa planında tünd rəngli divar kağızlarından istifadə etməklə, açıq rənglii divar kağızlarından istifadəyə nəzərən enerjiyə 8% qənaət edə bilərsiniz. 6. Bir Excel faylını yaddaşa XLSB şəklində qeyd etməklə faylın ölçüsünü 50% azalada bilərsiniz. 7.Bir web səhifədə gəzərkən "Space"i, yəni boşluq düyməsini basmaqla səhifəni aşağıya, "Shift+Space" düymələrini basmaqla isə səhifəni yuxarıya hərəkət etdirə bilərsiniz. 8.Donan telefonu ən sürətli açmağın yolu telefonu enerjiyə qoşmaqdır. 9.Telefonunuzun Təcili Yardım qismini dolduraraq hər hansı bir təcili vəziyyətdə telefon kilidinizi bilməyənlər belə sizin haqqınızda bəzi həyati məlumatlara çata bilərlər. 10. Televizorunuzun USB çıxışı olduğunu və telefonunuzu buradan da enerjiyə qoşa biləcəyinizi unutmayın.