Dizüstü kompüter bazarının ən əsas şirkətlərindən biri olan "Dell" Android-ə planşet istehsal etməmək qərarı aldı !
Son illərdə atdığı addımlarla dizüstü kompüter bazarının əhəmiyyətli şirkətləri arasına girən "Dell" şirkəti Android planşet istehsalından imtina etdi. Təqdim olunan bir hesabata görə Android planşetlərin kifayət qədər rəğbət görmədiyi səbəbiylə "Dell" Android planşet istehsalını dayandırır. Şirkətin artıq mobil platformaları buraxaraq Windows əməliyyat sistemiylə işləyən məhsullara üstünlük verəcəyi bildirilir.
"Dell" yalnız Android planşet istehsalını dayandırmaqla kifayətlənməyib, "Windows"-la işləyən planşetlərin də müvəffəqiyyətsiz olduğunu düşünərək "Windows" öz ətrafında 360 dərəcə dönə bilən ekrana sahib 2-si 1 yerdə dizüstü kompüterlərə fokuslanacaq.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .