Böyük maraqla gözlənilən GTA 6 -da nələr olacaq?

 

GTA V satışa çıxdığı gündən oyun sevərlərin marağına səbəb olmuşdur. Yaxın gələcəkdə üzərində işlənilən GTA 6-nın necə olacağı da maraqla gözlənilir.

GTA 6 necə olacağı haqqında ilk detallar açıqlandı.
GTA 6 haqqında yeni məlumatlar gəlməyə davam edir. Oyun dünyasına istiqamət verən NeoGaf forumlarında paylaşılan  məlumatlara görə oyuna dair ilk məlumatlar Tim Neff tərəfindən paylaşılmış CV-də əldə edildi. CV-nin detallarına görə, Neff Red Dead Redemption2 ilə yanaşı GTA VI üçün də mo-cap çalışmalarına qatıldığı ortaya çıxdı

Tim Neff saytdakı CV məlumatlarının sızmasından sonra  dərhal dəyişdirərək  burada təqdim etdiyi məlumatların saxta olduğunu söylədi.Aktyor  CV-ni təkzib etsə də, GTA V oyununun  detallarıda da buna bənzər şəkildə ortaya çıxmışdı.

GTA 6 necə olacaq:

GTA VI ilə əlaqəli Rockstar meneceri oyun severleriyle bəzi şərhləri paylaşdı. Şərhlər ətraflı araşdırıldığında, GTA seriyasında ilk dəfə yeni bölümlərin ola biləcəyini görürük. Bu dəyişikliklər arasında oyun ölkədən kənara çıxması da ola bilər.

Amerika xəyalı modelini zirvəyə çatdıran GTA seriyasında ilk dəfə  ölkədən çıxılaraq Yaponiyanın  Tokio şəhərinə getmək  mümkün olacaq. Bildiyimiz kimi 2000-ci illərin əvvəllərində istehsal olunacağı bilinən GTA Tokiyo layihəsindən  son anda imtina edilmişdi

 GTA VI oyununda əsas personajı Eva Mendesin səsləndirəcəyi gözlənilir.GTA VI oyununun ən tezi 2019 cu ilin son aylarında yayımlana biləcəyi düşünülür.Bu ilin ilk yarısında oyunla bağlı rəsmi məlumatların Rockstar tərəfindən aşıqlanması və oyun sevərlər üçün  qısa fraqmanını yayımlayacağı  gözlənilir.