Amerika və Avropada köhnəlməyə başlayan LTE texnologiyası bəzi təşkilat və qurumlar üçün artıq tələbatı ödəmir. Çarəni 5G-də axtaranlar üçün bu gün həll Qualcomm-dan gəldi. Snapdragon X50 modelini tanıdan Qualcomm dünyanın ilk 5G modemini tanıdan firma oldu. 5G sürəti bizlərə nələr vəd edir?
Snapdragon X50 ilə 5G sürəti nə olacaq?
Üst səviyyə mobil cihazlarda tətbiq edilən LTE Cat12 əlaqəsi 600 Mbps sürətində download və 150 Mbps sürətində yükləmə təqdim edir. Ancaq bunların hələ nəzəriyyədə olduğunu və bu sürətlərə nail olmaq üçün kifəyət qədər infrastrukturun dünyanın çox məhdud yerlərində olduğunu da ifadə edək. Snapdragon X50 5G modem isə adına yaraşan bir şəkildə 5 Gbps download sürəti təqdim edir.
Hələ Gigabit Class LTE əlaqəsini dəstəkləyən əsas stansiyaları olmadığı üçün 5G modemlər istifadə edilmir. 5G modemin ən gözəl tərəfi isə bağlantılar arasında keçid edə bilməsidir. Məsələn, irəliləyən illərdə 5G istifadə zamanı siqnal zəifləsə LTE və 3G-yə əlaqə qopması olmadan keçid edilə bilər. İndiki vaxtda LTE-dən 3G-yə keçərkən əlaqənin anlıq qopduğunu xatırladaq.
Deyilənə görə Snapdragon X50-ni tətbiq edən ilk firma Samsung olacaq. Applenin hələ LTE Cat12-ə dəstək verməməsi, Samsungun bu mövzuda yenə ön plana çıxmasını təmin edə bilər. Ancaq 5G üzərində danışmaq üçün hələ tezdir. Əvvəl əsas stansiyalar və lazımlı infrastrukturun təmin edilməsi daha sonra mobil cihazların buna dəstək verməsi daha məntiqli olacaq.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .