İnstagramdan çılpaq fotoşəkil xəbərdarlığı

Hollandiyada məhkəmə Instagram'da şantaj məqsədli çılpaq fotoşəkil və video yükləyənlərin istifadəçi məlumatlarının açıqlanmasına qərar verdi . Hoor şəhərində yaşayan və yetkinlik yaşına çatmayan bir qız uşağına Instagram'a yüklənən çılpaq fotoşəkillər vasitəsilə şantaj edilməsi nəticəsində iş məhkəməyə verildi. Qız uşağının anası çılpaq fotoşəkili yükləyən və şantajda olan hesabın kimə aid olduğunun müəyyən edilməsi üçün iddia açdı.Məhkəmə zərər çəkmişin yaxınlarının tələbini haqlı qəbul etdi. Məhkəmənin qərarına görə çılpaq görünüşləri paylaşılan qurbanlara dəymiş zərər istifadəçilərin fərdi haqqlarından daha önəmlidir .Bu səbəblə Instagram intiqam və şantaj məqsədli çılpaq şəkillər yükləyən istifadəçilərin fərdi məlumatlarını açıqlamaq məcburiyyətindədir. Məhkəmə Instagram'ı çılpaq şəkillərin şəbəkədə paylaşılmasına qarşı ciddi mübarizə aparmağa səslədi . Şəbəkənin məhkəmənin qərarına əməl etmədiyi halda hər gün 500 avro cəza ödəməsinə qərar verildi. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .