Galaxy Note 7-nin ardından indi də fərqli bir Galaxy telefonunu alov aldı!
Fransada yaşayan bir Galaxy J5 istifadəçisi The Associated Press-ə etdiyi şərhdə telefonunun alov aldığını söylədi.Hadisə Galaxy Note 7 hadisəsinə bənzəyir. Telefonun sahibi Lamya Bouyirdane cihazı oynaması üçün uşağına vermiş və telefonu geri aldıqda həddindən artıq istiləndiyini fərq etmişdir . Daha sonra telefonun şişməyə başladığını fərq edən Lamya qara tüstülər çıxmağa başlayınca telefonu yerə atmış və o an telefon partlamışdır.
Samsung hələ bu hadisəyə bir şərh etmədi, amma bu hadisənin Galaxy Note 7 ilə əlaqəli olduğuna inanmırıq. Cihazın partlamasına səbəb ola biləcək bir çox fərqli faktor var. Məsələn şarj aləti orijinal idi mi, cihaz zədəli idi mi və ya müvəffəqiyyətsiz şəkildə təmir edilmiş ola bilərdi mi kimi suallar hələ cavabını tapmamışdır .
Bundan başqa , telefonun satın alındığı yer rəsmi bir Samsung satıcısı deyil. Lamya telefonu web saytdan endirim ilə aldığını söyləyir, bu da nəzərə alınması lazım olan bir nüansdır.
Telefonu partlayan Lamya Samsunga qarşı iddia irəli sürəcəyini açıqladı.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .