İlin Ən Yaxşı Smartfonu Müəyyən Oldu!

Avropa Təsvir və Səs Cəmiyyəti (EISA) 2016 mükafatları təqdim edildi. Ən yaxşı smartfondan, ən yaxşı kameralı telefona qədər bir çox kateqoriyada ən yaxşılar təyin olundu. Hər il paylanılan texnologiya dünyasının məşhur mükafatlarından olan EISA mükafatlarında bu il də bir çox fərqli kateqoriyda onlarla model yarışdı. Mükafat alan cihazlar arasında həm qəti şəkildə gözlənilən, həm də təəccübləndirənlər var idi.


"İlin ən yaxşı büdcə dostu telefonu" Coolpad Torino, "qabaqcıl smartfon" kateqoriyasında HTC 10 mükafata layiq görüldü. "Ən yaxşı istehlakçı smartfonu" kateqoriyasında isə Huawei-nin P9 modeli ən çox səs toplayaraq bu kateqoriyada birinci oldu. VR sahəsində gözlənildiyi kimi HTC Vive "ilin ən yaxşı VR məhsulu" mükafatının sahibi oldu.


"Ən yaxşı smartfon kamerası" mükafatı isə Samsung-a getdi. Galaxy S7 və Galaxy S7 Edge modelləri bu il "ən yaxşı smartfon kamerası" kateqoriyasının birincisi oldu. İnnovasiya sahəsində "ilin innovativ telefonu" mükafatının sahibi isə LG G5 oldu.


Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .