İOS 10.3 Beta 3 yayımlandı!

Apple developer istifadəçilər üçün İOS 10.3 Beta 3 yeniləməsini istifadəyə verdi. 10.3 ilə gələn yeniliklər ilə daha yaxından tanış olaq.

Apple İOS 10.3 Beta 3 ilə APF S sisteminə keçəcək. Yeni sistem iPhone və iPad-lərə yenidən həyat verəcək. APF S ilə Boot və tətbiqlər daha surətli olacaq. Apple final versiyadan əvvəl təqdim etdiyi İOS 10.3 Beta 3 yeniləməsi ilə sistemə bir neçə yenilik əlavə edəcək. İOS-un 10.3 versiyası mart ayında istifadəçilərə təqdim ediləcəkdir.

İOS 10.3 Beta 3 ilə gələn yeniliklər arasında "Tətbiq Uyğunluğu" özəlliyi diqqət çəkir. Settings-General-About-Applications bölməsində yerləşən "Tətbiq Uyğunluğu" funksiyası cihazınızda olan, amma 64-Bit və İOS versiyası ilə uyğun olmayan tətbiqləri sizə bildirir.

"Tətbiq Uyğunluğu" bölməsində yerləşən tətbiqlərin yenilənməsi üçün bu bölmədən birbaşa olaraq tətbiq developerinə mail ata bilərsiniz.


.

İOS 10.3 Beta 3 ilə dinamik tətbiq özəlliyi də gəlir. Bu özəllik sayəsində tətbiq developerləri yeniləmə göndərmədən tətbiqin ikonunu dəyişə biləcəkdir. İOS 10.3 Beta 3 yeniləməsini əgər UDID qeydiyyatınız varsa: Settings-General-Software Update bölməsindən yükləyə bilərsiniz.