YouTube çökdü! İstifadəçilər uzun müddət YouTube-a daxil ola bilmədi!

Dünyanın ən məhşur video portalı olan YouTube-a 1 saata yaxın giriş mümkün olmadı.


Yerli saatla təxminən 22:00-da ölkəmizdəki və Avropadakı istifadəçilərinə bağlanan sayt uzun müddət sonra bərpa olundu. Bu saatlarda YouTube-a daxil olmağa çalışan insanlar "500 Internal Server Error" xətasıyla qarşılaşdı.

YouTube-un çökmə səbəbi nədir?

YouTube rəsmiləri mövzu ilə əlaqədar hər hansı bir açıqlama verməsə də, bu problemin YouTube-a yeni edilən əlavələrlə bağlı olduğu düşünülür. Bir tərəfdə də istifadəçilərin sayının həddən çox olması və DDOS hücumuna məruz qalması kimi iddialar da var. Hələ ki, bu an üçün problemin əsl səbəbi məlum deyil.