Yalan Xəbər Yazaraq Ayda 10 min dollar qazanır !



Paul Horner adlı web yazıçısı yalan xəbərlər yazaraq ayda 10.000 dollar qazanır. 10 dənə saytı olan yazıçının ən son xəbəri Donald Trumpun bütün Amish seqmentinin səslərini alacağını irəli sürmüşdü. Buzzfeed xəbər analizlərinə görə Facebookda saxta seçki xəbərləri gerçək xəbərləri keçdi. Lakin yalan xəbərlər yalnız siyasi xəbərlər deyil. Bir yazara görə saxta xəbərlər çox yaxşı bir gəlir qaynağıdır. "Nə qədər pul qazandığıma inana bilməzsiniz!" deyən Paul Horner saxta xəbərlər yazaraq böyük miqdarda pullar qazanır. Yazar bu anda Google Adsense-dən ayda 10.000 dollar qazandığını söyləyir. Horner bu xəbərlər üzündən Yelp saytı və South Park cizgi filmi tərəfindən da məhkəməyə verildi. Ən son gündəmdə olan xəbəri ABŞ-lı Amish-lərin Donald Trumpa səs verəcəyi idi . Bu saxta xəbər Trumpın kampaniya məsləhətçilərindən Corey Lewandowski tərəfindən belə gerçək hesab edildi . Vəziyyətdən məmnun olmayan Facebook və Alphabet saxta xəbər saytlarının gəlir qaynaqlarını kəsmək üçün bu həftə hərəkətə keçdi . Facebook belə saytların şəbəkədə istifadəsinin qarşısını alacaq .Google isə bu mövzuda yeni planlar inkişaf etdirir. 10 DƏNƏ internet saytı var Horner isə Washington Post-a verdiyi açıqlamada heç narahat olmadığını, bu işin bitməyəcəyini söyləyir. "Fərqli adlarda bu işi necə davam edə biləcəyimə dair bir neçə yol bilirəm." deyir və əlavə edir, "Əgər məni əngəlləyərlərsə dəyişik yollarla bunu edərəm . Hal-hazırda 10 dənə saytım var. Əgər saytlarımdan bir neçəsini əngəlləyərlərsə digərlərini istifadə edərəm."