Weebly Hesabınız Xakerlərin Əlində Ola bilər !

Web sayt hazırlama platforması olan Weebly xakerlərin hədəfi oldu və qırx üç milyon hesabın məlumatları xakerlərin əlinə keçdi. Weebly praktik amma professional görünüşlü , e-ticarət saytı və ya bir blog hazırlamağınızı təmin edən bir platformadır . Bütün dünyada 43 milyondan çox istifadəçi özləri ya da iş yerləri üçün web saytlarını bu şəkildə hazırlayıb təşkil edirlər. Xakerlər bu platformaya üzv olan 43 milyon hesabın istifadəçi adı, şifrə və IP məlumatlarını ələ keçiriblər. Weebly tərəfindən gələn şərhdə isə müştərilərimizin heç birinin web saytına uyğunsuz bir müraciət daxil olmayıb deyə bildirilib . Digər tərəfdən kredit kartı məlumatlarını öz sistemlərində saxlamadıqlarını da qeyd edib istifadəçilərini təşvişə salmamağa çalışan şirkət bir tərəfdən də istifadəçilərinə şifrələrini dəyişdirmələrini təklif edib. Əsl narahatlıq törədən mövzu isə bundan ibarətdit ki , web saytdakı istifadəçi adı və şifrələr başqa saytlarda də istifadə edilibsə həmin hesablar da bənzər vəziyyətə düşə bilər. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .