Virtual Reallıq Texnologiyası üçün ilk Notebook !

Son günlərdə virtual aləmlə bağlı yeni texnologiyaların yaradılması gündəmdə olan məsələlərdəndir . Böyük texnologiya firmaları da bu inkişafa maraq göstərməyə və investisiyalar yatırmağa başlayıblar . Samsung Gear VR və Google Cardboard-dan söhbət gedirsə bu virtual reallığı yaradan telefonlarımız olur. Ancaq Oculus Rift və HTC Vive bu virtual reallıq texnologiyasının komputerlərdə tətbiqində böyük nailiyyətlərə imza atıb . Bəs bunu daha da mobilləşdirməl mümkündür mü ? MSI bu mövzuda daha da irəli gedərək Vive texnologiyası ilə hazır ilk notebook-nu çıxarır. MSI etdiyi elanda bazarda Vive-ready olaraq təqdim ediləcək ilk notebook haqqında açıqlama verib . Bununla belə kompüterin HTC Vive ile uyğun xüsusiyyəti olduğu da məlumdur . HTC Vive'ın ən mükəmməl virtual reallıq hissini yaşatdığını deyən MSI layihə ilə əlaqədar MSI ilə HTCin çox yaxın bir şəkildə çalışdığını da qeyd etdi . Bundan başqa MSI oyun laptoplarının bazarda HTC Vive sertifikatlı tək məhsul olduğu da ifadə edildi. Shiftdelete'dən verilən xəbərə görə bu kompüterlərin HTC Vive sertifikatına sahib olması Oculus Rift sahiblərini kədərləndirməsin, çünki kompüterlər bu məhsullarla da işləyə biləcək. Ancaq təbii ki qiymətləri bir qədər baha olacaq. Kompüterlərin 2500 dollar qiymətindən başlayaraq bazara təqdim edilməsi gözlənilir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .