Sürücüsüz mikroavtobuslar gəlir !



Sürücüsüz və elektriklə çalışan avtomobil sahəsində görülən işlərdən məlumatımız var. Elektriklə çalışan avtomobillər arasında Tesla, sürücüsüz avtomobillər arasında isə Google və Ford istər gördüyü işlərlə, istərsə də istehsal etdiyi nəqliyyat vasitələriylə rəqiblərindən öndə olmağı bacarır. Lakin, əsl mənasında həm elektriklə, həm də sürücüsüz işləyə bilən avtomobil istehsal edən firma hələ yoxdur. Bu texnologiyaya ən çox yaxınlaşan avto pilot xüsusiyyəti ilə Tesla Motors olub, lakin onun üçün də tamamilə sürücüsüz deyə bilmərik.   IBM ilə əməkdaşlıq edən Local Motors, istehsal etdikləri nəqliyyat vasitəsiylə yeni bir cığır açmağa hazırlaşır. Olli adı verilən mikroavtobus həm elektrikli mühərriklə işləyir, həm də sürücüsüz irəliləyə bilir.   IBM-in Watson proqramının istifadə edildiyi Olli mikroavtobusunun üzərində LIDAR sensorlarından əlavə, 30 fərqli sensor və kamera var, buna görə də mikroavtobus marşrutunu tapmaqda çətinlik çəkmir. Olli ayrıca olaraq, mobil tətbiq vasitəsilə müəyyən bir nöqtəyə çağırıla bilir və sizi istədiyiniz nöqtəyə çatdıra bilir. Bu xüsusiyyəti ilə də sürücüsüz taksi kimi işləyir. Bu ağıllı mikroavtobuslar, önümüzdəki illərdə eynilə avtobus və mikroavtobuslar kimi müəyyən olunmuş bir xətt üzərində işləyəcək. Lakin, bunun üçün əvvəlcə test sürüşlərini bitirməlidir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .