Sony-dən istənilən səthi sensor ekrana çevirə bilən Proyektor!

Sony bütün səthləri sensor ekrana çevirən yeni proyektorunu IFA-da sərgilədi. Daha əvvəl Mobil Dünya Konqresində yeni Xperia telefonlarını sərgiləyən Sony fərqli cihazlarını da həmin sərgidə sərgiləmişdi. O cihazlardan biri də Xperia proyektor idi. Xüsusi bir sensor sisteminə sahib olan bu proyektor əks etdirildiyi səthi sensor ekrana çevirir. Mobil Dünya Konqresində Sony Xperia Proyektoru tanıtmışdı, ancaq, yalnız proyektorun proqramı və necə çalışdığı haqqında məlumat vermişdi. İndi isə Berlində təşkil edilən IFA 2016 sərgisində proyektorun necə çalışdığı göstərildi. 21-düymlük bir səth əks etdirən Xperia Proyektor həmin səthi olduqca müvəffəqiyyətli şəkildə sensor "ekrana" çevirə bilir. Xperia Proyektor noyabr ayında satışa təqdim ediləcək. Hələlik isə cihazın qiyməti ilə bağlı bir məlumat paylaşılmayıb. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .